Politoloq: "Tramp ətrafında heç kimin mövqeyini düşünmür" AÇIQLAMA

Politoloq: "Tramp ətrafında heç kimin mövqeyini düşünmür" AÇIQLAMA

"ABŞ prezidenti Donald Trampın bəzi müsəlman dövlətlərinin vətəndaşlarının Amerikaya daxil olmasının qadağan edilməsi barədə fərmanı onun yalnız öz mövqeyini nəzərə aldığını göstərir. D.Tramp ətrafında heç kimin mövqeyini düşünmür və ya ətrafındakılar ona təsir edə bilməyəcək dərəcədə zəifdirlər". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ABŞ prezidentinin tələsik verdiyi qərar başa düşülən deyil: "Hətta kiçik dövlətlərdə belə tələsik radikal verilən qərarlar fəsad yarada bilər. D.Trampın qərarı demokratiya ilə ciddi ziddiyyət təşkil edir. O, 7 ölkənin əhalisini sərbəst yerdəyişmə azadlığından məhrum edir. Amerikanın daxilində də müsəlmanlar var. Oraya vacib tədbirə və ya qohumlarının yanına gedənlər də çoxdur. Buna görə Amerikanın daxilində ciddi qarşıdurma yaranıb. Düşünmürəm ki, bu qərar islamafobiya ilə əlaqədardır. Necə olur ki, İran, İraq, Yəmən vətəndaşları və s. ABŞ-a buraxılmır, amma D.Tramp Səudiyyə Ərəbistanının kralı ilə danışıqlar aparır, öncəki prezident hansı münasibətdə idisə o da həmin münasibətdə qalır, İran, Suriya və Yəmən bağlı hərbi əməkdaşlıq edirlər. Ola bilər ki, D.Tampın hansısa məqsədi var. Bir müddət sonra bu məqsəd üzə çıxacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə