“BMT Qarabağ münaqişəsinin həlli üzərində işləməlidir”

“BMT Qarabağ münaqişəsinin həlli üzərində işləməlidir”

BMT və regional təşkilatlar Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya və Abxaziya münaqişələrinin həlli üzərində işləməlidir. SİA "LETA" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin yeni baş katibi Antonio Quterreş ilə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç arasında keçirilən görüşdə vurğulanıb. Tərəflər Ukrayna böhranına da toxunub və Minsk razılaşmasının tam şəkildə yetinə yetirilməsinin vacibliyini vurğulayıblar. Suriyadakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb və Astana görüşünün münaqişənin sülh yolu ilə nizamlanmasına töhfə verəcəyinə ümid ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə