Hərbi ekspert: "Hərbçilərimiz düşməni məhv etməyə tam hazırdır" AÇIQLAMA
"Bu gün ən müasir və güclü ordusu olan dövlətlərin silah-sursatları Azərbaycan ordusunda mövcuddur. Hərbçilərimiz ən müasir silahlarla silahlanıblar. Bu silahlar Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasına, bundan da sonra ordumuzun güclənməsinə xidmət edirlər". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
O qeyd edib ki, ordumuzun silahlanması, saxlanması, kazarma sisteminin, mənzil şəraitinin yaxşılaşdırılması, hərbi qulluqçuların əmək haqlarının artırılması kompleks şəkildə yüksək səviyyədə ölçülüb- biçilirərək hərbi qanunlara uyğun təşkil olunub. Eksper bildirib ki, ötən il baş verən aprel döyüşləri göstərdi ki, Azərbaycanın güclü ordusu, çox peşəkar əsgər və zabit heyəti, müasir silahları var: "Keçən il aprel döyüşlərində Azərbaycan orudusu Ermənistan ordusunu darmadağın etdi. Aprel hadisələri bütün dünyaya göstədi ki, hərbçilərimiz həm güc, həm də mənəvi-psixoloji cəhətdən düşməni məhv etməyə tam hazırdır və Azərbaycan heç vaxt işğalla barışmayacaq. Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun yalançı mifini alt-üst etdi. Azərbaycan göstərdi ki, sahib olduğumuz silahlar ancaq paradda, sərgidə göstərmək üçün deyil, torpaqlarımızı işğaldan azad etmək üçündür. Bu, Azərbaycanın beynəlxalq haqqıdır. Ancaq yenə də dövlətimiz humanizm prinsipləri, beynəlxalq hüquq normalarını əsas tutub Ermənistana çox böyük güzəşt edərək, danışıqlar aparır. Artıq düşmən dalana dirənib. Ermənistan Azərbaycan torpaqlarında uzun müddət qala bilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB