Putin və Nazarbayev nəyi müzakirə ediblər?

Putin və Nazarbayev nəyi müzakirə ediblər?

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin ilə Nursultan Nazarbayev telefon danışığı zamanı Suriya münaqişəsinin həlli üzrə Astanada keçiriləcək beynəlxalq görüşə hazırlığın gedişini müzakirə ediblər.

SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, telefon söhbətində, həmçinin Rusiya-Qazaxıstan ikitərəfli əməkdaşlığının bəzi aktual məsələlərinə toxunulub. Bundan əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi Astanada Suriya üzrə danışıqları qəbul etməyə hazırlığını təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə