Politoloq: “Rusiya regionda sülhün yaranmasında maraqlı deyil” AÇIQLAMA

Politoloq: “Rusiya regionda sülhün yaranmasında maraqlı deyil” AÇIQLAMA

"Dağlıq Qarabağın Rusiya və Ermənistanın birləşmiş qüvvələri tərəfindən işğalının davam etməsi regionda fasiləsiz gərginlik şəraiti yaradır. ATƏT-in m Minsk qrupunun həmsdərlərindən olan Rusiya münaqişənin həlli prosesində yalnız tərəf kimi çıxış etməlidir. Əslində Ermənistan bu prosesdən kənarlaşdırılmalıdır və danışıqlar birbaşa Rusiya ilə aparılmalıdır. Münaqişənin həlli üçün Ermənistanla əldə olunmuş razılıqlara baxmayaraq bu razılaşmaların gerçəkləşməsinə qarşı ciddi əngəllər vardır. Madrid prinsipləri razılşaması da bu qəbildəndir". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin bu prinsipləri qəbul etməsinə baxmayaraq, hələ də regionda dominant ölkə olan Rusiya regionda sülhün yaranmasında maraqlı deyil: "Prosesin bilərəkdən uzadılmasında məqsəd Azərbaycanı böyük güzəştlər hesabına danışıqlar masasına oturtmaqdan ibarətdir. Azərbaycandan böyük güzəştlər alaraq faktiki olaraq torpaqlarımızda ikinci dəfə erməni dövlətini yaratmaq niyyətindədirlər. Millətlərin öz "müqəddəratını təyin etmə hüquqlarını" nümunə gətirən qarşı tərəfin torpaqlarımızda ikinci erməni dövləti yaratmaq niyyətləri absurddur. Artıq erməni xalqı bir dəfə Ruisyanın dəstəyi ilə bunu reallaşdıra bilib. Artıq nə dünya ictimaiyyəti nə də Azərbaycan xalqı tarixin səhvlərinin təkaralanmasına yol verməyəcək. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə bəyanatla çıxış edərək bu şansın bir daha ermənilərə verilməyəcəyini bütün dünyaya duyurması xalqımızın bu məsələdə heç bir kompromisə getməyəcəyi əminliyini yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə