BƏƏ səfirliyində başsağlığı kitabı açılıb

BƏƏ səfirliyində başsağlığı kitabı açılıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) beş diplomatının Əfqanıstanın Qəndəhar şəhərində terror hücumu nəticəsində həlak olması ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində xatirə kitabı açılıb. Bu barədə SİA-ya BƏƏ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumatda deyilir ki, əfqan xalqına dəstək məqsədilə humanitar aksiya çərçivəsində Dar Xalifa Bin Zayed Al Nahyan institunun təməlinin qoyulması, eyni zamanda Kardan Universiteti ilə BƏƏ tərəfindən təmin olunan təqaüd proqramları ilə bağlı saziş imzalanan vaxt Qəndəharda qubernatorun qonaq evində terror nəticəsində BƏƏ-nin nümayəndə heyətinin beş nəfər üzvü həlak olub. Ölkənin Əfqanıstandakı səfiri Juma Mohammed Abdullah Al Kaabi isə yaralanıb. Başsağlığı kitabı 12-13 yanvar tarixlərində saat 10:00-dan 13:00-dək açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə