İcma rəhbəri: “Ermənistan hakimiyyəti xalqın bir nömrəli düşmənidir” AÇIQLAMA
"Ümumiyyətlə nə qədər ki Ermənistan hakimiyyəti öz məkrli siyasətlərini davam etdirəcək inanmıram ki, Ermənistan və Azərbaycan icması bir araya gəlsin". SİA-nın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib.
İcra başçısının sözlərinə görə, bu gün Ermənistan əhalisi, xalqı da başa düşür ki, hazırki hakimiyyət onların bir nömrəli düşmənidir: "Onlar artıq onu başa düşürlər. Ancaq orada olan qorxu, xalqa edilən təzyiqlər əhaliyə rahat danışmağa imkan vermir. Bütün bunlara baxmayaraq bəzən görürsən ki onlar da öz hüquqlarını tələb edirlər və fikirlərini çatdırırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB