BAXCP rəsmisi: “Radikal müxalifət pusquda durmuş canavara oxşayır" AÇIQLAMA
"Azərbaycanda müxalifət dedikdə, ilk növbətə bunu dəqiqləşdirmək lazımdır. Var ölkənin milli maraqlarını qoruyan, dövlətçilik mövqeyində heçnəyə güzəştə getməyən, söyüş söyməyən, bütün rəngləri qara görmüyən, yaxşıya yaxşı, pisə pis deyən, hakimiyyətlə normal münasibətlərin inkişaf etməsində maraqlı olan konstruktiv müxalifət, bir də var, Azərbaycanın milli maraqlarını belə nəzərə almayan, hər gün söyüş söyən, bütün rəngləri qapqara görən, hakmiyyətə gəlmək üçün hər cür təxribatlara hazır olan-radikal müxalifət". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
"Birincilərin , məncə, 2017-ci il planı ölkə də geniş şəkildə köklü islahatların aparılması mövqeyindən çıxış edərək, bu yönümdə hakmiyyətin apardığı siyasəti dəstəkləmək, ölkədə sabitliyin qorunmasın da maraqlı olmaq, xalqın maraqların qorunmasında yaxından iştirak etmək.
Radikal müxalifətin isə, hər il olduğu kimi, hasnı yolla olur olsun, hakmiyyətə gəlmək. Ölkənin sabitliyinin pozulması istiqamətin də fəaliyyətini genişləndirmək. İnsanların sosial vəziyyətinin ağır durum olması görüntüsünü əsas tutaraq kütləvi etiraz aksiyalarını təşkil edib, bu vəziyyətdən istifadə edib hakimiyyətə gəlmək istiqamətin də çalışmaq. Radikal müxalifət bu gün pusquda durmuaş canavara bənzəyir. Adi bir vəziyyət də ölkə də qarşıdurmanın baş verməsini arzulayır və bütün fəaliyyətini bu istiqamət də qurub"- deyə, Niyaməddin Orduxanlı fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB