Azarov: “Ukraynanın mühacirət hökuməti yaradılacaq” MƏHKƏMƏ QƏRARI
"Ukraynanın xilası Komitəsi"nin sədri, ölkənin sabiq baş naziri Nikolay Azarov mühacirət hökumətinin yaradılmasının mümkünlüyü barədə danışıb. SİA "İzavestiya" qəzetinə istinadən xəbər verir ki, Azarov bunu Moskvanın Doroqomiolovsk məhkəməsinin 2014-cü ildəki Kiyev hadisələrini (Maydan inqilabı-red.) dövlət çevrilişi kimi qiymətləndirilməsindən sonra deyib. "Mühacirət hökumətinin yaranması üçün, şərait və vəziyyət inkişaf etməlidir. İlk növbədə bu şərait Ukraynanın özündə inkişaf etməlidir"-deyə sabiq baş nazir bildirib.
Azarovun sözlərinə görə, hazırkı "yuxarılar" hakimiyyəti "qeyri-qanuni şəkildə zəbt edib" və "faktiki olaraq öz funksiyalarını həyata keçirə bilmir". "Şərait yaransa, xalq da alternativ hakimiyyət tələb edəcək"-eks-baş nazir deyib.
O həmçinin bildirib ki, Moskva məhkəməsinin mövcud qərarından sonra onlar həm beynəlxalq məhkəmə instansiyalarına, həm də Ukrayna məhkəmələrinə müraciət edəcəklər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB