Hindistanın Qoa ştatında aviainsident baş verib. SİA "rossiya 24" telekanalına istinadən xəbər verir ki, "Jet Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuşa hazırlaşarkən, eniş-qalxış xəttinin hüdudlarından kənara çıxıb. İnsident nəticəsində təyyarənin şassi dayaqları qırılıb, 12 nəfər xəsarət alıb. Ümumilikdə təyyarədə 154 sərnişin və 7 nəfər ekipaj üzvü olub. Təyyarə Mumbai şəhərinə növbəti reysini həyata keçirməli idi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB