"Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" YENİLƏNİR

"Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" YENİLƏNİR

Bakıda "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" mövzusunda konfrans başlayıb. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən konfransa dövlət və hökumət nümayəndələri, millət vəkilləri qatılıb.

Tədbir rəsmilərin çıxışları ilə davam edir. Konfransı giriş nitqi ilə açan Əli Əhmədov bildirib ki, Azərbaycan yeni inkişaf astanasındadır: "Azərbaycanda islahatlar konsepsiyası işlənib-hazırlanmaqdadır. Bu konsepsiyanın hazırlanması Azərbaycanın möhtəşəm inkişaf nümunələrini dünyaya təqdim edə biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə