Maraqlı qüvvələr çirkin maraqları üçün donor fəaliyyətindən sui-istifadə edirlər
Azərbaycan Prezidenti xarici donorların qrant verməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama əsasən, yanvarın 1-dən vahid pəncərə sistemi çərçivəsində yeni qaydalar təsdiq olunmalıdır. Həmin qaydalara əsasən donorlar yalnız bir dövlət qurumuna, Ədliyyə Nazirliyinə müraciət etməklə paket sənəd əldə edəcəklər". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. O bildirib ki, bu, qısa müddət ərzində istənilən xarici donora fəaliyyətini qurmağa imkan verəcək. Onun sözlərinə görə, vahid pəncərı sistemi donorlarln fəaliyyəti üçün çox çevik imkan yaradacaq, bu da Azərbaycan dövlətinin həmin donorlara münasibətinin xüsusi göstəricisidir. A.Quliyev bu məsələnin təhlükəsizlik tərəfinə də toxunub. Qeyd edib ki, qanunvericiliyin tətbiqi baxımından bizim yanaşmamızda hər zaman üç prinsip olub: "Birincisi hər bir donor açıq və şəffaf fəaliyyət göstərməlidir, ikincisi, onların fəaliyyəti bir-birini təkrarlamamalı, nəhayət, dövlətin təhlükəsizliyi məsələsidir. Hazırda biz çox narahat bir dünyada yaşayırıq. Ayrı-ayrı ölkələrdə həyata keçirilən layihələr bizi daha ayıq-sayıq olmağa vadar edir. Bir çox maraqlı qüvvələr öz çirkin maraqlarını həyata keçirmək üçün donor fəaliyyəti, yaxud QHT platformasından sui-istifadə edirlər. Müəyyən mənada radikalizmin, terrorçuluğyn dəstəklənməsi, Azərbaycanda konstitusion strukturların fəaliyyətinin iflic olması və bir çox təhlükəsizliyimizə təhdid olacaq halları dəstəkləməyə çalışırlar. Hesab edirəm ki, üçüncü məqam da bizim qəbul etdiyimiz qanunvericiliklə bağlı əlavə və dəyişikliklərdə öz əksini tapır. Ona görə buna paket şəklində baxırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB