AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının(AŞPA) gələn il 23-27 yanvar tarixlərində Strasburqda keçiriləcək qış sessiyasının gündəliyi açıqlanıb. SİA-nın məlumatına görə, sessiyada Kipr prezidenti Nicos Anastasiades, Rumıniya prezidenti Klaus İohannis, Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə komissar Yohannes Han, Avropa Şurasının baş katibi Torbyorn Yaqland çıxış edəcək.

Sessiya günlərində Avropada media azadlığı, internet media, problemlər və çağrışlar mövzusunda müzakirələr aparılacaq. Həmçinin, Türkiyədə demokratik institutların fəaliyyəti, Suriya və Ukraynadakı vəziyyət, Qəzzada humanitar böhran və digər məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə