ABŞ Cənub Qaz Dəhlizinin icrasına sadiqdir

ABŞ Cənub Qaz Dəhlizinin icrasına sadiqdir

ABŞ və Azərbaycan strateji əhəmiyyət daşıyan münasibətlərə malikdir. SİA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn deyib.

O bildirib ki, iki ölkə arasındakı strateji münasibətlər çoxşaxəlidir, amma bu gün Bakıda Azərbaycan Prezidenti və digər rəsmilərlə enerji sahəsində əməkdaşlıq müzakirə olunub: "Biz son bir neçə ildə Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün öz səylərimizi sərf etmişik. Bu layihə tək Azərbaycan üçün əhəmiyyətli deyil, həmçinin Avropanın enerji və siyasi təhlükəsizliyini təmin edən vasitələrdən biridir. ABŞ BTC qədər Cənub Qaz Dəhlizinə də eyni dərəcədə əhəmiyyət verir. ABŞ CQD layihəsinin icradına olan bağlılığını və sadiqliyini yenidən təsdiqləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə