Hikmət Babaoğlu: “Sosial şəbəkələrdəki mövcud problemlər bütün dünyada mövcuddur” AÇIQLAMA
"Əslində məqsəd heç də sosial şəbəkələdə nəyəsə nəzarət etmək deyil, daha çox sosial şəbəkələrdə yayılan informasiyalara görə məsuliyyət müəyyənləşdirməkdir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Baş redaktorun sözlərinə görə, bu şəbəkələr vasitəsilə hər hansı bir informasiya yayılırsa deməli, bu informasiya ictimailəşir və cəmiyyətin ictimai münasibətlər sisteminə, ictimai fikrə müəyyən dərəcədə təsir göstərir: "Belə olduqda əgər informasiya zərərlidirsə, ictimai travma yaxud psixoloji travma yaradırsa ya da ictimai əxlaqa ziddirsə deməli buna görə informasiyanı yayan məsuliyyət daşımalıdır. Məsələnin əsas mahiyyəti də budur. Düşünürəm ki, internet resursları üzərindən yaranan ən müxətlif münasibətlərin hüquqi tənzimlənməsinə çoxdan ehtiyac var idi və bu addım da elə yeni hüquqi münasibətləri tənzimləyəcək ilk addımlardan biridir".
Beynəlxalq təşkilatların rəyinə gəldikdə isə Hikmət Babaoğlu əlavə edib ki, onlar da bunu təqdir etməlidirlər: "Çünki sosial şəbəkələrdə onlar mövcud problemlər təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Ona görə də bu hüquqi təcrübə hamı üçün faydalı ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB