"33 rayonda yerli icra hakimiyyəti orqanlarına ayrılan dotasiyanın kəsilməsi və öz hesabına büdcəsini formalaşdırılması barədə təklifi düzgün hesab etmirəm". SİA-nınn xəbərinə görə, bunu Mili Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisdə komitələrin birgə iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, rayonlara dotasiya ayrılmaması və büdcələrini öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil və bunun ziddinədir: "Belə bir qərar vermədən öncə müəyyənləşdiriləydi ki, rayonlar bu büdcəni hansı mənəblərə hesabına formalaşdıracaq. Yoxsa bunu avtomatik şəkildə 33 rayona tətbiq etmək düz deyil. Hər şeyi mərkəzə gətirilməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB