İlham Əliyev Mişel Temerə başsağlığı verib

İlham Əliyev Mişel Temerə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Mişel Temerə başsağlığı məktubu göndərib. Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə