Amerikalı terrorçu 1000 nəfəri öldürməliymiş SALLİVANIN ETİRAFLARI

Amerikalı terrorçu 1000 nəfəri öldürməliymiş SALLİVANIN ETİRAFLARI

ABŞ-ın şimali Karolina ştatının 20 yaşlı sakini Castin Sallivan ötən gün keçirilən məhkəmədə etiraf edib ki, ölkə ərazisində "İslam Dövləti" terror təşkilatı adından böyük terror hadisəsi törətməyi planlaşdırıb. SİA xəbər verir ki,bu barədə ölkənin ədliyyə nazirliyinin rəsmi səhifəsində qeyd edilib.

Adıçəkilən ştatın şimal dairəsinin prokuroru Cill Uestmorlendin sözlərinə görə, Sallivan etiraf edib ki, o, "İslam Dövləi" terror təşkilaltının adından transsərhəd terror hadisəsi törətməyə cəhd edib və Şimali Karolina, eləcə də Virciniyada günahsız insanları qətlə yetirməyi planlaşdırıb".

Bundan əlavə, o deyib ki, "İslam Dövləti" terror təşkilatının aparıcı şəxslərindən olan Cünaid Husseynlə əlaqələrə malikdir. O, Sallivandan törədəcəyi terror aksiyalarını videoya çəkməyi istəyib.

Sallivanın terrorçulara rəğbətli münasibəti 2014-cü ilin sentyabrından başlayıb. Aparılan istintaq araşdırmalarına görə, amerikalı bu ilin dekabrında atasından oğurladığı silahla 74 yaşlı qonşusu Con Beyli Klarkı qətlə yetirib. Onun məqsədi öldürdüyü şəxsin pullarını mənimsəyərək, avtomatik silah və ona lazım olan digər arsenalları əldə etmək olub. Sallivan deyib ki, o, 1000 nəfər insanı qətlə yetirməyi planlaşdırıb. Sallifan 2015-ci ildə həbs edilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə