Millət vəkili: “Sadəcə olaraq Sərkisyan Rusiyaya yalvarır” AÇIQLAMA
"Ermənistanda hakim Respublikaçılar partiyasının qurultayında Sarkisyanın Azərbaycan haqqında səsləndirdiyi sərsəm fikirlər ancaq ölkədə yaranmış narazılılıq, etirazlarını sakitləşdirmək və orduya ruh yüksəkliyi yaratmağına hesablanıb". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Sarkisyan qeyd edir ki, aprel hadisələri Azərbaycan üçün uğursuz olub: "Onda belə bir sual meydana çıxır. Niyə görə Sərkisyan rejimi aprel hadisələri zamanı itkiləri və Azərbaycan milli ordusunun işğaldan azad etdiyi 2000 hektar torpağı haqqında uzun müddət ictimaiyyətə məlumat vermədi? Azərbaycan ordusunun apardığı hərbi əməliyyatların dayandırılması və danışıqlar masası arxasına yenidən qayıtması üçün Rusiya prezdentinə niyə yalvarırdı? Bütün bunlar onu sübut edir ki, Azərbaycan ordusunun qabağında Ermənistan hərbi birləşmələri heç vaxt dayana bilməz və bunu Sərkisyanın özü dəfələrlə etiraf edib".
Deputat əlavə edib ki, düşünürəm ki, son vaxtlar çox danışılan və Sarkisyanın fəxr etdiyi İskəndər raket kompleksləri heç də Ermənistana məxsus deyil və o komplekslərin vəzifəsi Azərbaycana yönəlmək deyil: "Sadəcə olaraq Sərkisyan Rusiyaya yalvararaq raketləri hərbi paradda nümayiş etdirmək məqsədi üçün alıb və Azərbaycana göstərmək istəyir ki, guya özlərinin İskəndər raketləri var. Amma reallıqda bu heç də belə deyil. Ermənistan heç ordusunu saxlamaq iqtidarında deyil və Rusiya ilə birləşdirmək istəyir. Belə olan halda Qarabagın işğaldan azad edilməsi istiqamətində hərbi əməliyyatlara başlasaq ümumiyyətlə Rusiya ilə birgə yaratdığı ordu Azərbaycan torpaqlarına girə bilməz. Əgər belə olarsa Ermənistan ikinci plana keçir. Bu heç vaxt baş verməyəcək.
Rusiya ilə Azərbaycan - Türkiyə arasındakı münasibətlər çox yüksək səviyyədədir və düşünürəm ki, Ermənistanın maraqları üçün Rusiya rəhəbrliyi Azərbaycana qarşı müharibə etməz. Çünki, Rusiya üçün Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq etmək Ermənistandan vacibdir və bunu Sərkisyan da çox yaxşı bilir. Sadəcə Ermənistanın cinayətkar rəhbərliyinin yüksək tonla danışmaqda məqsədi isə əleyhdarlarını sakitləşdirməklə hakimiyyəti öz əlində saxlamaq istəyidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB