Səfir: "Aİ Azərbaycan münasibətlərinin inkişafını dəstəkləyirik"
Rumıniya Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafını güclü şəkildə dəstəkləyir. SİA-nın məlumatına görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan İanky bir qrup jurnalistlə görüşündə deyib. Diplomat bildirib ki, ölkəsi Aİ ilə Azərbaycan arasında hərtərəfli və iddialı razılaşmalar üzrə danışıqlara başlayacağına ümid edir.
D.İanky əlavə edib ki, Rumıniya səfirliyi hazırda 2009-cu ildən başlayan NATO əlaqələndirici səfirliyinin 4 -cü dövrünü müvəffəqiyyətlə davam etdirir. Bu qisimdə səfirlik NATO-Azərbaycan tərəfdaşlığını güclü təbliğ edib və özünün töhfəsini verib: "Bunların sırasında NATO və Azərbaycan arasında siyasi dialoq və əməkdaşlığın gücləndirilməsi, NATO çərçivəsində Azərbaycan haqqında məlumatların təkmilləşdirilməsi, Alyansın cari siyasəti, dəyərləri və standartları haqqında fikirləri Azərbaycan ictimaiyyətinə çatdırmasını qeyd etmək olar".
Diplomat Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu xatırladıb və Azərbaycanın ölkəsi üçün əhəmiyyətli tərəfdaş olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB