AŞPA Bürosunun və Daimi Komitəsinin Kiprdə iclasları keçiriləcək
Noyabrın 24-25-də Kiprdə Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, Azərbaycan parlamentinin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova iştirak edəcək. Tədbirlərdə Mərakeşdə, Makedoniyada, Gürcüstanda və Monteneqroda keçirilmiş parlament, Moldova və Bolqarıstanda keçirilmiş prezident seçkilərinin nəticələri, təşkilatın 2017-ci ildəki fəaliyyət planı, sağlamlıq və davamlı inkişaf, demokratiya və siyasi məsələlər mövzularında müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB