Millət vəkili: “Belə çıxır ki, Serjikdən icazə almalıyıq?” AÇIQLAMA

Millət vəkili: “Belə çıxır ki, Serjikdən icazə almalıyıq?” AÇIQLAMA

"Ümumiyyətlə düşünürəm ki, Ermənistan prezidentinin başına hava gəlib. Serj Sarkisyan Ermənistan və Azərbaycan prezidentləri arasında "qaynar xəttin" olmasını və atəşkəs pozularkən bir-birini xəbərdar edərək insindentin qarşısını birgə almağı təklif edib. Nə cürətlə?". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Ermənistan torpaqlarımızı işğal altında saxlaya-saxlaya təmas xəttində insidentlərin qarşısını almaq üçün prezidentlərin arasında "qaynar xəttin" yaradılmasını istəyir: "Onda belə çıxır ki, əgər hərb gücümüzlə torpağımızı azad etmək istəsək, Serjikdən icazə almalıyıq. Çox məntiqsiz fikirdir. Çünki hərb yolu ilə ədalətin bərpa edilməsi hüququmuzdur. Düşünürəm ki, Sarkisyan bizim Prezidentlə ancaq torpaqlarımızı sülh yolu ilə azad etmək istəyini ifadə etmək üçün telefon əlaqəsini yarada bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə