Prezident: "Belə mühüm qlobal miqyaslı tədbiri keçirməkdən qürur hissi duyuruq"
"80 ölkədən 200-dən çox nümayəndə heyətinin iştirak etdiyi belə mühüm qlobal miqyaslı tədbiri keçirməkdən qürur hissi duyuruq". SİA-nın xəbərinə görə, bunu bu gün Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə edib: "Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz Azərbaycanda mətbuat azadlığını və bir çox azadlıqları təmin etmişik. Azərbaycanda 40-a qədər gündəlik, 100-ə yaxın həftəlik qəzet çap olunur. 13 regional telekanal var. Əhalinin 70 faizi internet, 2 milyona yaxın insan sosal media istifadəçisidir".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 100 il əvvəl yaradılıb: "İlk demokratik respublika 2 il yaşasa da, o zaman demokratik ənənələrin əsası qoyuldu. Qadınlara səsvermə hüququ verilmişdi, bu, bir çox Avropa ölkələrindən əvvəl oldu. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Beynəxalq birliyin əksəriyyəti Azərbaycanı dəstəklədi, bu, apardığımız fəaliyyətə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və milli maraqlara söykənir, heç kəsə qarşı yöənlməyiib. Azərbaycanın gələcəyi öz əllərindədir. Azərbaycan az ölkələndəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvüdür. 2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiiyyət idi. Sonra bu, Bakı Prosesi adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında parlaq münasibətlərin qurulması üçün parlaq nümunədir ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB