Növbəti blits-krik hər an baş verə bilər ERMƏNİ HƏRBİ EKSPERT

Növbəti blits-krik hər an baş verə bilər ERMƏNİ HƏRBİ EKSPERT

Ermənistanın siyasi analitikləri Azərbaycan Silahlı Qüvvələrinin 11-18 noyabr tarixlərində geniş masştablı həbri təlimlərə başlamasından ciddi narahatlıq və kəskin qorxu hissi keçirdiklərini gizlətmirlər. SİA-nın məlumatına görə, işğalçı ölkə KİV-ləri Azərbaycanın bu və ya digər şəkildə hər an öz torpaqlarını azad etməsinə yönəlik qətiyyətli addımlarından ehtiyat edildiyini yazırlar.

Hərbi ekspert, 2013-2016-cı illərdə Ermənistanın sabiq müdfiə naziri Seyran Ohanyanın müavini işləmiş David Camalyan ölkəsinin 1-ci kanalına sözügedən məsələ ilə bağlı fikirlərini bildirib. Xüsusilə, müdafiə nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Vardan Avetisyanın müharibə baş verərsə, erməni silahlı qüvvələrinin təcili konsolidasiyaya hazır olması ətrafındakı bəyanatına fikir bildirən Camalyan deyib ki, aprel müharibəsindən sonra sərhəd boyunca möhkəmləndirmə işləri aparılıb, amma bu, hələ ki, təcili konsolidasiyanın mövcud olması fikrini tam olaraq əhatə etmir.

Azərbaycan Ordusunun növbəti blits-krik addımının nə qədər real olması barəsində verilən sualı da cavablandıran erməni hərbi ekspert deyib ki, blits-krik müdafiə xəttinin yarılması anlamını daşıyır.

"Məhz bundan sonra ildırım sürəti ilə arxa cəbhənin dərinliklərinə daxil olunur və iri bölüklər mühasirəyə alınır"-deyə qeyd edən Camalyan bildirib ki, hələlik Azərbaycanın yeni blits-krikə getməsi ehtimalını düşünmür: "Lakin unutmamalıyıq ki, bu hər an baş verə bilər".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə