Milli Məclisin bu gün keçirilən iclasında "Lisenziyalar və icazələr haqqında" qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik müzakirə olunub. SİA-nın xəbərinə görə, layihəyə əsasən, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddə çıxarılır. Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil edilir.
Müzakirələr zamanı deputatlar dəyişikliyin doğru addım olduğunu qeyd ediblər.
Qanun layhəsinə təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB