Respublikaçıların Trampdan tələbi KLİNTONU HƏBS ELƏ!

Respublikaçıların Trampdan tələbi KLİNTONU HƏBS ELƏ!

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd (artıq ehtimal edilən prezident-red.) Donald Trampın tərəfdarları seçki qərargahının qarşısına toplayaraq, ondan prezident olan kimi rəqibi - Demokratlar partiyasından namizəd Hillari Klintonu həbs etməyə səsləyiblər. SİA-nın məlumatına görə, artıq son bülletenlərin hesablanması da göstərir ki, Klintondan fərqli olaraq, Tramp Ağ Evin növbəti rəhbəri olmasına daha yaxındır. Bu barədə seçkiləri canlı izləyən USA online qeyd edir.

Trampın özü səslərin hesablanmasını özünə məxsus olan Trump Tower göydələnindən izləyir. Artıq Nyu-York rəhbərliyi bina ətrafına qumla dolu yük maşınları və metal baryerləri gətiriblər. Onlar bunu terror təhlükəsi ilə bağlı etdiklərini bildiriblər.

Artıq Trampın sabiq müşaviri Karter Peyc də mətbuata açıqlamasında deyib ki, qələbə haqqında düşünmək olar. Xatırladaq ki, Tramp seçiciləri qarşısında etdiyi çıxışlarının birində Klintonun dövlət katibi postunda işlədiyi zaman dövlət əhəmiyyətli məktublaşmalarını şəxsi poçtu vasitəsilə tədbiq etdiyini, nəticədə bir sıra xarici kəşfiyyat orqanlarının həmin məktubları ABŞ-ın dövlət maraqlarına qarşı işlədə biləcəyini bəyan etmişdi. Həmin vaxt o söz vermişdi ki, prezident seçilərsə, Hillari Klintonun bu addımlarına qaşrı qanunamüvafiq şəkildə araşdırmaların aparılması barədə göstəriş verəcək, hətta lazım gələrsə, onu həbs də etdirəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə