Səfir HDP-li millət vəkillərinin həbsindən danışdı

Səfir HDP-li millət vəkillərinin həbsindən danışdı

Türkiyədə millət vəkillərinin tutulması ilə bağlı məsələ yeni deyil. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral HDP-li bəzi millət vəkillərinin həbsinə münasibət bildirərkən deyib.

O bildirib ki, may ayında bütün partiyalardan 154 millət vəkilinin toxunulmazlığı aradan qaldırıldı və onlar məhkəməyə gedib ifadə verdilər. Bir sıra millət vəkilləri məhkəməyə gedib ifadə vermədikləri üçün həbs edilib. Qanun qarşısında hamı məsuliyyət daşıyır, törədilən cinayətin cəzası verilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə