Aqil Abbas: “Özlərini “siyasi mühacir” adlandıranlar xaricdə çadırlarda yaşayır” AÇIQLAMA!

Aqil Abbas: “Özlərini “siyasi mühacir” adlandıranlar xaricdə çadırlarda yaşayır” AÇIQLAMA!

""Siyasi mühacir" adını almaqdan ötrü, ümumiyyətlə, bu ad altında xaricə getmək istəyən adamları başa düşə bilmirəm. Mən onları- radikalları müxalifətçi kimi tanımıram və qəbul etmirəm. Bunlar müxalifətçi adı altında özlərinə müxtəlif qara işlər görən adamlardılar".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aqil Abbas bildirib.

Son vaxtlar radikal müxalifətçilərin "siyasi mühacir" adı almaqdan ötrü xarici ölkələrə müraciət etməsinə münasibət bildirən A.Abbas qeyd edib ki, xaricə gedən radikal düşüncəli adamları qaçqın düşərgələrində yerləşdirirlər: "Başa düşmək olmur. Öz doğma vətənində dinc şəraitdə yaşamaq bunlara sərf etmir. "Siyasi mühacir" adı altında kim hara gedir, getsin də. Belələri elə ölkəmizdən uzaq olsalar yaxşıdır. Kimsə nədənsə narazı ola bilər, amma buna görə müxtəlif qarayaxma kampaniyaları aparıb ölkənin adına xələl gətirməməlidir. Belələrinə Suriya qaçqınlarının yerləşdirildiyi çadırlarda yer verirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə