Kürdüstan dövlətinin yaranması bölgə dövlətlərinin marağında deyil” ŞƏRH
"Bölgədə bir kürd qurumu - yüksək statuslu Şimali İraq Kürd idarəetməsi mövcuddur. İkinci belə bir muxtar qurumun, xüsusilə də Kürdüstan dövlətinin yaranması, baş verən proseslərdə aktiv rol alan bölgə dövlətlərindən heç birinin marağına cavab vermir". Bunu SİA-ya açıqlamasında Kürdüstan dövlətinin yarana bilmə ehtimalını şərh edən siyasi şərhçi Vüqar Zifəroğlu deyib.
O bildirib ki, nə Türkiyə, nə İran, nə də ərəb ölkələri İraq və Suriyanın parçalanmasında maraqlı deyillər: "Vurğulamaq lazımdır ki, Rusiya da belə bir bölünməni arzu etmir. Qərb isə əksinə, mütəmadi şəkildə müxtəlif ssenarilərlə bölünmə məsələsini aktual saxlamaqla, bundan bir növ təzyiq elementi kimi yararlanmağa çalışır. Bu gün bölgə dövlətləri kifayət qədər ciddi gücə malikdirlər. Fikrimcə, onların razılığı olmadan İraq və Suriyanın bölünməsi ən azı yaxın gələcəkdə mümkünsüz görünür. Amma hətta İraqın bölünməsi reallaşarsa, Türkiyə bu zaman Misaki-milli sərhədləri daxilində olan Mosul və Kərkükə haqlı iddia irəli sürə bilər ki, bu da özlüyündə bölgədə daha ciddi proseslərə təkan verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB