Moldovada keçirilən prezident seçkilərinə Sosialist Partiyasının namizədi İqor Dodin liderlik edir. SİA RİA Novostiyə agentliyinə istinadən xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Lakin o, birinci turda qalib gəlmək üçün tələb olunan sayda səs toplaya bilməyib. Bülletenlərin 99,18 faizi sayılıb. İ.Dodonun topladığı səs faizi 48,33 təşkil edir. Onun əsas rəqibi Həmrəylik partiyasının rəhbəri Maya Sandu 38,34 faiz səs toplayıb. Buna görə də noyabrın 13-də ölkədə seçkilərin ikinci turu keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB