"Hər ay BƏƏ-dən təxminən 10 min turist Azərbaycana gəlir. Azərbaycanı hər kəs çox qeyri-adi, surətlə inkişaf edən əlverişli biznes mühiti olan ölkə kimi baxırlar". SİA-nın məlumatına görə bunu Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumunda çıxışı zamanı BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Ahmed Alqubaisi deyib. O bildirib ki, iki ölkə arasında biznesin inkişafı ilə bağlı bir sıra sənədlər imzalanıb: "Azərbaycanın coğrafi mövqeyi, ölkədəki sabitlik onu daha da cəlbedici edir. Bakı çox yaxşı şəhərdir və Dubay üçün biznes baxımından mərkəz rolunu oynaya bilər". Diplomat bildirib ki, Bakıda səfir kimi çalışmağa başlayanda əsas prioriteti iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artımına nail olmaq idi. Artıq bu istiqamətdə müəyyən nəticələr əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB