Mərakeş yeddi ildən sonra İrana səfir təyin edib. SİA "PressTv"yə istinadən xəbər verir ki, bu vəzifəyə Mərakeşin Azərbaycandakı keçmiş səfiri Həsən Hami təyin edilib.
Qeyd edək ki, İranla Mərakeş arasında münasibətlər 2009-cu ildə regional məsələlərdə yaranmış mübahisəyə görə kəsilib. Hər iki ölkənin rəsmiləri münasibətlərin normallaşması istiqamətində lazımi addımların atılması üçün məsləhətləşmələri davam etdiriblər. Səfirin təyin edilməsi siyasi əlaqələrin yaxşılıaşdırılması istiqamətində bir addım hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB