Müstəqilliyimizin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Müstəqilliyimizin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə, ABŞ-ın Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb. SİA-ya ölkəmizin Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib, Bakı şəhərinin müasir görünüşü fonunda "Azərbaycan: Müstəqilliyin 25 İlliyi (1991-2016)" sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub. Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə