"Azərbaycanın dəstəyini yaxından hiss etdik" XİN rəhbəri

"Azərbaycanın dəstəyini yaxından hiss etdik" XİN rəhbəri

"Azərbaycan xalqına, Prezident İlham Əliyevə Türkiyədə dövlət çevrilişi cəhdi zamanı göstərdiyi dəstəyə görə təşəkkür edirəm". SİA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın payız sessiyasında çıxışı zamanı bildirib.

O deyib ki, həmin müddət ərzində həqiqətən də Azərbaycanın dəstəyini yaxından hiss etdik: "Türkiyə xalqı demokratiya üçün meydanlara çıxanda azərbaycanlı qardaşlarımız da bizimlə idi. Əlbəttə, belə bir vaxtda dostlarını yanında görmək istəyirsən".

M.Çavuşoğlu belə anlarda mənəvi ruh yüksəkliyinin vacibliyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə