Putin Ermənistana gedir

Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Ermənistana səfər edəcək. SİA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, Putin İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) sessiyasında iştirak edəcək. İclasda əsas diqqət terrorla birgə mübarizə tədbirlərinə yönəldiləcək. Həmçinin, təşkilat çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Sessiyada KTMT-yə sədrlik Ermənistandan Belarusa keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə