Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfərdədir. SİA-nın məlumatına görə, dövlət başçısı İstanbulda keçiriləcək 23-cü Dünya Enerji Konqresində iştirak edəcək.
Qeyd edək ki, bu, Ərdoğanla Putinin Çində baş tutan görüşündən sonra 2 ay ərzində 3-cü qarşılaşması olacaq. Təyyarə böhranından sonra hər iki lider ilk dəfə olaraq Türkiyədə bir araya gələcək. Dövlət başçılarının həmin insidentdən əvvəl ticari həcmin 100 milyard dollara çatdırılması ilə bağlı əldə etdikləri razılaşmanı yenidən gündəmə gətirəcəkləri gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB