Nyu-Yorkun məşhur Manhetten körpüsündən Rusiya Federasiyasının prezidenti Vladimir Putinin şəkli olan banner asılıb. SİA xəbər verir ki, bu barədə New York Post yazır. Qeyd olunur ki, 6x10 metr ölçülü banner bir saata yaxın körpü üzərində asılı alıb. Bannerdəki şəklin üzərində "Sülhməramlı" sözü yazılıb. Bu aksiyanın kim tərəfindən edildiyi bəlli olmayıb. Polis isə kamera müşahidəsi sayəsində Rusiya prezidentinin bannerini asan adamın axtarışına başlayıb. Hələlik müəyyən olunub ki, aksiyanı həyata keçirən iki nəfər şəxs olub. Onların aksiyanı oktyabrın 7-də Putinin doğum günü olması münasibəti ilə etmələri ehtimal olunur.
Qeyd edək ki, bu gün Rusiya prezidentinin 64 yaşı tamam olur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB