Tamerlan Vahabov: “Forumun keçirilməsi Azərbaycan üçün böyük göstəricidir”
"Ümumiyyətlə hər bir beynəlxalq forumun Azərbaycanda keçirilməsi ölkəmizin sabitlik və stabillik ocağı olduğunu göstərir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, özəlliklə də indiki vəziyyətdə yaxın olan bölgələrdə qeyri-sabit siyasi, iqtisadi və təhlükəsizlik rejimləri var: "Təbii ki, bizlər bunu görürük. Bu rejimdə, ağır vəziyyətdə Azərbaycanda V Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsi çox böyük göstəricidir. Bütün bunlar ölkəmizin qoruyub saxlaya bildiyi bu nailiyyətin dünya ictimaiyyəti və forum iştirakçıları tərəfindən tanınmasına dəlalət edir. Bu çox vacib məsələdir. Hazırda Yaxın Şərq, MDB məkanında hətta Avropanın özündə də müəyyən proseslər cərəyan edir. Hansı ki, bunlar stabillikdən çox kənardır. Azərbaycanda sözügedən forumun keçirilməsi isə bunun əksini göstərir. İkincisi, humanitar mövzunun özü də çoxşaxəlidir bir mövzudur. Burada həm mədəni, həm də iqtisadi cəhətdən Azərbaycanın gələcəyə baxış prizması və inkişaf modelləri özünü göstərir. Azərbaycan bununla öz meydançasını yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB