Türkiyənin yeni səfirinin Bakıya gələcəyi tarix bəlli olub

Türkiyənin yeni səfirinin Bakıya gələcəyi tarix bəlli olub

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoral Bakıya oktyabrın 10-da gələcək. SİA-nın məlumatına görə, diplomat etimadnaməsini Azərbaycan rəhbərliyinə təqim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq. E.Özoral bu vəzifədə səlahiyyət müddəti başa çatmış İsmayıl Alper Coşqunu əvəz edəcək.

Qeyd edək ki, E.Özoral bundan əvvəl Türkiyə XİN-in baş direktor müavini vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə