Hazırda Azərbaycan əhalisinin 12-13 faizini qaçqın və məcburi köçkünlər təşkil edir. SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusundakı dəyirmi masada deyib.
Onun sözlərinı görə, Azərbaycan modeli sosial təminatı təmin etməyin ən düzgün modelidir. O bildirib ki, ölkədə 90 mindən çox insan pensiya alır, 10 mindən çox ailəyə ünvanlı sosial yardım edilir: "Bunlar dövlət büdcəsi hesab edilir. Hər il bu məqsədlə yarım milyon manata yaxın maliyyə ayrılır".
S. Müslümov qaçqın və məcburi köçkün problemində Azərbaycan modelinin uğurlu olduğunu deyib: "Bu modelin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davan etdirilib".
Ardınca çıxış edən Ailə, Qadın və Uşaq problemləri ilə iş üzrə Dövlət Komitəsinin sədri Hicran Huseynova hazırda Azərbaycanda 2 milyondan çox ailənin olduğunu bildirib: "Hər il 75 mindən çox ailə qurulur. Bu ailələrdən bəzilərinə ünvanlı sosial yardım, çoxuşaqlı ailələrə müavinət verilir".
O deyib ki, ikinci dünya müharibəsindən sonra bu günə qədər müharibə və münaqişələr davam edir: "Hələ də beynəlxalq təşkilatlar, qurumlar bunların qarşısını almaq mexanizmini yaratmayıb. Həmin münaqişələrə məruz qalan insanlar ciddi psixoloji təsirlərə məruz qalır. Bu təsirlərin davamı kimi xəstə doğulan uşaqlarda gərginlik görürük. Dünyada Vyetnam sindromu, əfqan sindromu mövcuddur. Xocalıda törədilən genosid də Xocalı sindromu yaradan problemdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB