Uruqvay rəsmisi: "Biz ideyaları gənc nəslə aşılamalıyıq"

Uruqvay rəsmisi: "Biz ideyaları gənc nəslə aşılamalıyıq"

"Bakı forumunda qarşımızda bir çağırış var. Bu, müxtəlif dinlərin əməkdaşlıq çağırışıdır. Biz qardaş kimi yaşamalı, dəyişiklikləri təlqin etməliyik. İradə və istək olduğu halda, hər şeyə nail ola bilərik". SİA-nın xəbərinə görə, bunu Uruqvay Şərq Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Xerordo Amarilla V Bakı Humanitar Forum çərçivəsində keçirilən panellərin birində çıxışı zamanı deyib.

O bildirib ki, digər insanın fikrinə ən azı dözümlülük nümayiş etdirmək mühümdür: "Uruqvay balaca ölkədir. Lakin sonradan ölkəmizə müxtəlif cəmiyyətlərin insanları toplandı. Biz hər hansı bir irqçiliyə yol verməmişik. Hər zaman birgə yaşayış arzusunda olmuşuq və bunu unutmamışıq. Biz bu ideyaları gənc nəslə aşılamalıyıq. Ola bilər ki, bunu yüz faiz edə bilməyək, amma hər halda, bu istiqamətdə addımlar atmalıyıq. Hər bir mədəniyyətin güclü təməli var. Xristian dini bizə sevməyi öyrədir. Bizə qarşı çıxanlara yardım etməliyik. Biz öz firavanlığımızı düşünməliyik. Bununla yanaşı, paylaşmağı da bacarmalıyıq. Biz daxilimizdə dəyişməsək, digərlərinə kömək edə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə