ABŞ-dan Rusiyaya şok xəbərdarlıq

Şəhərləriniz vurulacaq!
ABŞ-dan Rusiyaya şok xəbərdarlıq

ABŞ-ın Dövlət Departamenti Rusiyaya xəbərdarlıq edərək bəyan edib ki, bu ölkənin şəhərləri vurulacaq, aviaqəzalar baş verəcək. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti departament rəsmisi Con Kirbinin Suriyada vətəndaş müharibəsinin davam edəcəyi tədqirdə Rusiyanı gözləyən təhlükələr barədəki fikirlərini ictimailəşdirib.

"Ekstremist qüvvələr Suriyada mövcud olan hakimiyyət vakkumundan istifadə etməkdə israrlıdırlar. Onlar öz əməliyyatlarını genişləndirmək üçün mütləq Rusiyann maraqlarına zərbələr endirəcəklər", - deyə sayt Kirbinin sitatını qeyd edir.

Amerikalı siyasətçi hətta hədəli bəyanat verməyi də unutmayıb. O, deyib ki, əgər Suriyada təcavüzlər dayanmasa, Rusiya öz hərbçilərini ölü torbalarında evlərinə göndərməkdə davam edəcək. "Şəhərləri terror hücumları gözləyir. Havada isə təyyarələrin partlaması davamlı hala çevriləcək".

Rusiya saytının yazdığına görə, "Suriyada təcavüz" deyilərkən, Dövlət Departamenti Rusiyanın terrorçularla mübarizə missiyasında dəstəklədiyi Suriya ordusunun müdafiəsi nəzərdə tutulub.

"Vaşinqtonda isə hesab edirlər ki, bu müdafiə mülki obyektlərə və Əsədə qarşı müxalifətdə olan güclərə qarşı "hücum" kimi qiymətləndirilir. Lakin iddialarına rəğmən, heç bir sübut ortaya qoya bilmirlər"-deyə yazan saytda həmçinin bildirilir ki, Rusiyanın xarici işlər və müdafiə nazirlikləri mütəmadi şəkildə bu cür ittihamlara, iddialara qarşı öz sübutlarını ortaya qoyur və zərbələrin məhz terrorçulara, onların hədəflərinə vurulduğunu sübut edən kəşfiyyat sənədlərini ictimailəşdirir.

Xatırladaq ki, son günlər ABŞ və Rusiya arasında Suriya üzrə aparılan danışıqlar dalana dirənib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə