Günel İbrahim: “Bu sistemi hər kəs özünə aşılamalıdır” MÜSAHİBƏ
Etika Akademiyasının rəhbəri Günel İbrahimin SİA-ya müsahibəsi
- Etika Akademiyası artıq 3 ildir fəaliyyət göstərir. Günel xanım, gedilən yol və nəticələr barədə nə deyə bilərsiniz ?
- Etika Akademiyası ölkəmizdə ilk bu sahədə açılan fərdi inkişaf mərkəzidir. Etika anlayışına yanaşmamız fərqlidir biraz. Dəyərləri cəmləyin, özünü ifadə etmək bacarığını dünya bazarına çıxartmaq qabiliyyətindən söhbət gedir. Etikanı iş aləti kimi mənimsəyib uğura aparan əsas yol olduğunu aşılamaqdır. Son 3 ildə gedilən yolda bir sıra çətinliklər və uğurlar olub. Çətinliklər etikanı ayrı bi anlayış olaraq təlimlərə cəlb etməkdə olub. Buna xüsusi zaman ayırmaq vacib olmadığı anlayışı ilə qarşılaşırıq. Digər təlimləri məsələn, şahmat, liderlik, kimya və ya digər fənlər üzrə ilk öncə zamanı ayırmaq olduğunu vacib bilirlər. Lakin əsas milyonlarla şahmatistin, ekspertlərin içindən birinci olmaq, arzularını daha qısa yolla əldə etmək üçün əsas alətin yiyələnmək olduğunu aşılmaqdadır çətinliyimiz.
Buna baxmayaraq minlərlə gəncə təlim verərək, onların 30 %-ni işlə təmin etmişik. Çünki savadlı kadrla bərabər bacarıqlara və bu bacarığı ifadə etmək qabiliyyətinə önəm verilir. Xüsusən də gənclər iş axtarışında olanda ən çox üzləşdiyi məsələ təcrübələrinin olmamasıdır. Lakin bu hissəni fərdi inkişaf proqramları ilə kompensasiya etmək mümükndür. Hal-hazırda mərkəzimizdə bir neçə departament fəaliyyət göstərir. "Etika dərnəkləri", "Kübar xanım" və "Alicənab məktəbi", "Liderlik və Motivasiya kursları", Müştəri məmnuniyyəti" "Satışda Etiket", "Korporativ etiket", "Karyera məktəbi", "Aşpazlar", "Turizmdə servis", "Ofisiant məktəbi".
- Günel xanım əməkdaşlıq etdiyiniz qurumlar var, bu proqramların məlumat və tədris bazası haradan götürülür ?
- Əlbəttə , bildiyiniz kimi Etika Akademiyası AGAT –ın nəzdində fəaliyyət göstərir. Böyük Britanıyanın aparıcı İnstutu və Universitetləri ilə əməkdaşlıq edirik. Məsələn, peşəkar ixtisas menecmentlik üzrə veririk. Britaniyanın 35 illik Kommersiya Menecmentlik İnstitutunun HR , Pr , Biznes menecmentlik və s. tədrisini veririk. Ölkəni tərk etmədən artıq İBS Group ilə bağladığımız memaranduma əsasən bizim mərkəzdə menecmentlik üzrə ixtisas sənədinə yiyələnmək olar. Eləcə də Motivasiya üzrə təlimlər Londonun aparıcı beyin mərkəzlərinin proqramları və yeniliklər üzərində qurulub.
- Yenilikləriniz barədə eşitmək istərdik, yeni layihələr və gələcəkdə nəzərdə tutulan proqramlar barədə?
- Etika Akademiyası 2 yeni layihə ilə başladı bu il fəaliyyətinə. Sürücülük məktəbini qurduq. Qəzaların baş vermə sbəblərinin əsas mənbələri yol qayadalarına itaət etməmək və qaydaları yaxşı bilməməkdir. Aparıcı mütəxəssisləri dəvət edərək xüsusi metodla təlim paketi hazırlanıb. Artıq üzvlərimiz var və imtahanları da uğurla veriblər. Digər yenilyimiz "Maliyyə savadı" ilə bağlı proqramımızdır. Ailə büdcəsinin idrəsindən başlayaraq, uşaqların cib xərclərinin idarə etməsi və daha da geniş peşəkar sahələri əhatə edən proqramımız vardır. Xüsusilə dünyada baş verən maliyyə krisizi ilə bağlı yalnız maliyyəni idarə etmək savadı sizi xilas edə biləcək. Bu sahədə də təlimlər artıq xanımlara və uşaqlara başlanıb.
- Günel xanım maliyyə krizisinə toxundunuz işsiz qalan insanlar, krizisdən əziyyət cəkən iş adamlarına tövsiyyəniz nə olacaq ?
- Belə vəziyyətlərdən ən yaxşı çıxış yolu hər zaman "öndən görmə" qabiliyyətinə sahib olmadan çıxır. Buna mən brendlər misal gostərə bilərəm keyfiyyət və təqdimata hər zman fikir verirlər, yəni bazarda əvəzedilməzlik prinsipi ilə fəaliyyət göstərirlər. Keyfiyyəti ilə bərabər təqdimata, müştəri məmnuniyyətinə etik prinsiplərə xidmət verilir. Bu gün krizis dediyimiz anlarda bir balaca endirimlə bazarda stabil dayana bilirlər. Bu sistemi hər kəs özünə aşılamalıdır. Yən əvəzedilmə kadr, yüksək dəyərlərə və biznes etikasına sahib olanlar işsizliklə üzləşməyəcəklər. Burada yalnız təcürübədən söhbət getmir, savad və paralel onu ifadə, tədbiq etmək qabiliyyətindən söhbət gedir.
- Sonda oxucularımıza nə söyləmək istərdiniz ?
- Bu gün bir çox sahələrdə verilən diplomlar artıq 2 ildən sonra qüvvədən düşür. Yəni 3 dəqiqədən bir potentləşmiş ixtiralar dünyaya təqdim edilir. Bu sürətin arxasınca getmək üçün ən azı 2 ildən bir savadlarını yeniləməlidirlər. 5 il öncə tibb yeniliklər belə indi geriləmiş hesab edilir. Hər zaman təhsillərinə investiysa etsinlər . Ən doğru yatırım özünə və savadına olandır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB