“Rusiya hərbi cəhətdən ABŞ-ı üstələyir” TRAMP

“Rusiya hərbi cəhətdən ABŞ-ı üstələyir” TRAMP

"Rusiya hərbi və nüvə sefrasında ABŞ-la müqayisədə daha böyük imkanlara malikdir" SİA xəbər verir ki, ABŞ prezidentliyinə respublikaçılar partiyasından olan namizəd Donald Tramp demokratlar partiyasından olan rəqibi Hillari Klintonla apardığı teledebatda bu fikirlərin üzərində dayanıb.

"Rusiya öz imkanlarını genişləndirir. Onların imkanları bizdən çoxdur"-deyə qeyd edən respublikaçı namizədin sözlərinə görə, o nüvə məsələsində Rusiyanın ABŞ-a yeganə təhlükə mənbəyi olduğunu istisna etməyib.

Donald Tramp ABŞ-ın kifayət qədər itkilər verdiyini də nəzərə çatdırıb: "Biz Yaponiyanı qoruyuruq, biz Almaniyanı qoruyuruq, biz Cənubi Koreyanı qoruyuruq. Lakin biz nəhəng xidmətlərimiz müqabilində itkilər veririk".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə