Avropa Xalq Partiyası: "Referendum beynəlxalq standartlara uyğun şəkildə keçirilib"

Avropa Xalq Partiyası: "Referendum beynəlxalq standartlara uyğun şəkildə keçirilib"

Avropa Xalq Partiyasının müşahidə missiyası Azərbaycanda keçirilən referendumla bağlı bəyanat verib. SİA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, 26 sentyabrda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi azad, sərbəst, açıq və ən mütərəqqi beynəlxalq standartlara uyğun keçirilib.

"26 sentyabrda keçirilmiş referendum Azərbaycan xalqının iradəsini əks etdirir. Referendum zamanı bütün prosedurlar beynəlxalq standartlara uyğun olub. Avropa Xalq Partiyasının nümayəndələri 20-ə yaxın məntəqədə səsvermə prosesini müşahidə edirlər "- deyə, bəyanatda qeyd olunub.

Qeyd edək ki, müşahidə missiyası Bakı ilə yanaşı, regionlarda da müşahidə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə