12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində səsvermə aktivləşib FOTOLAR - SƏS TV
Qaradağ rayonunun seçiciləri ilə səsverməyə bayram əhval-ruhiyyəsi ilə qatılırlar. SIA-nın məntəqələrdə olan müxbirinin verdiyi məlumata görə, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 5 saylı məntəqəsində seçki fəallığı müşahidə olunur.
Məntəqə sədri Ismayılova Intizar bildirib ki, məntəqənin seçici siyahısında 1379 nəfər var. Onun sözlərinə görə, saat 11-ə olan məlumata görə, artıq 300-dən çox seçici səs verib: "Seçicilər səsvermədə aktiv iştirak edir. Seçici fəallığı qaneedicidir".
Həmin dairə üzrə 9 saylı seçki məntəqəsinin sədri Hüseynli Marina SİA-ya açıqlamasında səsvermə prosesinin gedişindən razılığını bildirib. O deyib ki, məntəqə üzrə 40 faiz seçici öz seçimini edib. 5 saylı şeçki məntəqəsində də səsverənlər aktivlik göstərirdilər.
Digər məntəqə sədri Abbasov Allahverdi səsvermədə iştirak edənlərin razılıq bildirdiklərini söyləyib. O qeyd edib ki, məntəqənin siyahısında olan 1033 nəfərdən artıq 400 nəfəri səsvermədə iştirak edib.
2 saylı məntəqənin sədri Şıxəliyev Süleyman səsverməyə gələnlərin yüksək əhval ruhiyyədə olduğunu söyləyib. Onun sözlərinə görə, seçici siyahısında olan 1372 nəfərdən 400-ü səs verib.
.jpg)
11 saylı seçki məntəqəsininin sədri Hüseynova Xanımgül bildirib ki qısa müddətdə seçici fəallığı özünü göstərməkdədir. Onun sözlərinə görə seçicilər sevinc hissi ilə mənətəqələrə gəlib öz seçimlərini bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB