Bu gün - Azərbaycanda referendum səsverməsinə bir gün qalmış sükut günüdür. Artıq küçələrdən təbliğat qruplarının plakar və posterləri yığışdırılıb. Qəzetlərdə, televiziyada və radioda təbliğat xarakterli çıxışlara qadağa qoyulub. SİA xəbər verir ki, bu barədə "kavkazskiy uzel" yazır. Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər ölkə Prezidenti İlham Əliyev tərəfindən təşəbbüs kimi irəli sürülüb. Digər təkliflərlə yanaşı, dövlət başçısının səlahiyyət müdətinin 5 ildən 7 ilə qədər artırılması, prezidentin ölkə parlamentini buraxaraq, yeni növbədənkənar parlament seçkiləri keçirmək hüququna malik olması, eləcə də seçkili orqanlarda yaş həddinin minimala endirilməsi, o cümlədən, prezidentin öz səlahiyyətlərini icra etməsində məhdudlaşma yaranarsa, onun vəzifəsinin birinci vitse-prezidentə keçməsi irəli sürülüb.
Səsvermə günü qeyri-iş günü elan olunub. Səsvermələr 125 seçki dairə üzrə 5627 seçki məntəqəsində keçiriləcək. Ölkə hüdudlarından kənar isə 38 məntəqə fəaliyyət göstərəcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB