Sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Xəzər rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.
Xəzər rayonundakı Gənclər Evində keçirilən görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Xəzər rayon şöbəsinin və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı gənclərə ətraflı məlumat verib, Prezident İlham Əliyevin irəli sürdüyü Referendum Aktı layihəsinin hansı zərurətdən yarandığını izah edib.
Namiq Əhmədov söyləyib ki, gənclər cəmiyyətin ayrılmaz hissəsi, ən perspektivli sosial təbəqəsi olduğu üçün gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib: "Məhz bu amillər nəzərə alınaraq Referendum Aktı layihəsində gənclərlə bağlı mühüm bir dəyişiklik nəzərdə tutulub. Əgər əvvəllər qanunla 18 yaşında gəncə seçmək hüququ verilmişdisə, budəfəki təklif olunan dəyişiklikdə onlara həm də seçilmək hüququnun verilməsi nəzərdə tutulub. Hesab edirəm ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ümumilikdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, xalqımızın gələcək rifahının təmin edilməsində işıqlı yollar açacaqdır".
YAP Xəzər rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan gəncləri həmişə Vətənə böyük sevgiləri, mənsub olduqları xalqa dərin sədaqəti ilə fərqlənmiş, müstəqil Azərbaycanın ən şanlı səhifələrini yazmağa müvəffəq olmuşlar: "İnanıram ki, bütünlüklə Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkə gəncliyinin sabahı uğrunda apardığı siyasətin ətrafında sıx birləşəcək, yeniliyi, inkişafı, tərəqqini özündə cəmləşdirən Referendum Aktı layihəsinin lehinə səs verəcəklər".
Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov dövlətin apardığı uğurlu gənclər siyasətinə toxunaraq bildirib ki, əgər bu gün biz gənclərin pis vərdişlərdən uzaq düşmələrindən, ictimai-siyasi proseslərdə fəal iştirak etmələrindən, idarəetmə orqanlarında təmsil olunmalarından, dünyanın möhtəşəm idman yarışlarındakı yüksək nailiyyətlərindən, elmi potensiallarının genişləndirilməsindən məmnunluqla danışırıqsa, bunu dövlət başçısının gənc nəslə göstərdiyi qayğının, onlara bəslədiyi inamın bəhrəsi kimi qiymətləndirməliyik.
Seymur Orucov Azərbaycan gənclərinin Prezident İlham Əliyevin dövlətimizin, xalqımızın gələcəyi naminə apardığı çoxşaxəli və uğurlu fəaliyyətindən qürur duyduqlarını dilə gətirərək qeyd edib ki, gənclərlə bərabər, bütün cəmiyyətin cənab İlham Əliyevin fəaliyyətinə verdiyi bu dəstək gələcəyə yönəlik aparılan siyasətə inamdan irəli gəlir: "Düşünürəm ki, partiyamızın ətrafında birləşən gənclər ordusu Prezidentimizin təşəbbüsü ilə irəli sürülən Referendum Aktı layihəsində öz əksini tapan hər bir əlavə və dəyişikliklərin mahiyyəti barədə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun yerlərdə keçirdikləri görüşlərdə geniş məlumat əldə ediblər, Konstitusiyaya təklif olunan dəyişikliklərdə onlara yaradılan şəraitlə tanış olublar. İnanıram ki, gənclərimizin mövqeyi birmənalıdır və onlar gələcəklərinin təminatına çevriləcək Referendum Aktı layihəsinə dəstəklərini səsvermədə nümayiş etdirəcəklər. Gəlin Azərbaycanın gələcəyi naminə həmrəy olaq, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "hə" deyək!".
Daha sonra Xəzər rayonunun fəal gəncləri - Hamlet İsayev, Solmaz Xalidzadə çıxış edərək öz üzərlərinə düşən məsuliyyəti dərindən başa düşdüklərini, Azərbaycanın xoşbəxt gələcəyi üçün sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində fəal iştirak edərək, Referendum Aktı layihəsinin lehinə səs verəcəklərini diqqətə çatdırıblar.
Sonda YAP Gənclər Birliyinin sədri Seymur Orucov gənc seçiciləri maraqlandıran sualları cavablandıraraq, onları düşündürən məsələlərə aydınlıq gətirib.
Lənkəran rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcəkümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə əlaqədar Lənkəran rayonunun dislokasiyasında olan seçki məntəqələrində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq, gəncləri salamlayıb. Gənc seçicilərlə Referendum Aktı haqqında məlumat verən təşkilat sədri konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ölkəmiz, eləcə də xalqımız üçün önəmindən bəhs edib. O çıxışının sonunda gəncləri 26 sentyabr 2016-cı il tarixində Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinində (referendum) fəal iştirak etməyə çağırıb.
Gənclərlə görüşdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli çıxışında söyləyib ki, deputat seçilmək üçün 25 yaş tələbinin əsas mahiyyəti namizədlərin müəyyən təhsil, bilik və təcrübə bacarıqlarına malik olmasını şərtləndirməkdir: "Deputatın seçkili vəzifə olması, ölkəmizdə majoritar seçki sisteminin tətbiq edilməsi ilə bağlı nəticəni birbaşa vətəndaşların səsinin həll etməsi fonunda 25 yaş tələbi vətəndaşların seçilmə, dövlət idarəetməsində iştirak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu baxımdan bu tələbin götürülməsi demokratik yanaşmadır və müsbət hal kimi qəbul edilməlidir. Referendum Aktı layihəsinə əsasən, passiv seçki hüququ üçün müəyyən edilmiş aşağı yaş həddinin aktiv seçki hüququ üçün təyin olunmuş yaş həddi ilə bərabərləşdirilməsi müasir dünyanın mütərəqqi təcrübəsinə əsaslanır. Konstitusiyanın hazırda qüvvədə olan 85-ci maddəsinin I hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı üçün aşağı yaş senzi müəyyən edilib - 25 yaşına çatmamış heç bir vətəndaş deputat seçilə bilməz. Nəzərdə tutulmuş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Bu yenilik aktiv və passiv seçki hüquqları üçün nəzərdə tutulan yaş senzinin (18 yaş) eyniləşdirilməsinə, beləliklə hüquqi ədalətsizliyin aradan qaldırılmasına xidmət edir".
Tədbirin sonunda gənclərlə səmimi söhbət aparılıb, onları maraqlandıran suallara cavablar verilib.
Göyçay rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Göyçay rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açıq elan edib. O bildirib ki, Konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı Referendum Aktı layihəsini imzalaması Prezidentin ölkə vətəndaşına verdiyi yüksək qiymətin təzahürüdür: "Ona görə də tam əminliklə demək olar ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu dəyişikliklərə səs verəcək: Axı, bu, bir reallıqdır ki, Konstitusiya islahatları Azərbaycan dövlətinin yeni mərhələdə yeni inkşaf prioritetləri qazanmasına və ölkəmizin təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq".
Milli Məclisin deputatı Professor Elman Nəsirov çıxış edəerək dövlətin gənclər siyasətindən danışaraq deyib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır: "Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib".
Millət vəkili qeyd edib ki, ilk dəfə səs verəcək gənclərimiz isə daha fəal olmalıdırlar: "Çünki Azərbaycan xalqı müstəqillik uğrunda uzun müddət gərgin mübarizələr aparıb və biz artıq beşinci dəfədir ki, milli parlamentimizi formalaşdırırıq. Ona görə də, gənclər, xüsusən ilk dəfə səs verənlər səsvermə hüquqlarını reallaşdırmalı, hətta ətrafdakıları da bu prosesə cəlb etməlidirlər".
Daha sonra çıxış edənlər Göyçay Dövlət idarəsetmə və Texnalogiya kollecinin ilk dəfə səs verəcək olan tələbələri Pənahova Aytac, Məmmədzadə Bəhruz çıxışlarında bildiriblər ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər gənclərin gələcəyi üçün yeni imkanlar açır: "Biz gənclər bunu çox yaxşı dərk edərək ümumxalq səsverməsində fəal iştirak edəcək, təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəyik. Bu seçki prosesində fəallıq göstərərək kütləvi şəkildə məntəqələrə gedib səs verəcəyik".
Fəal gənclərdən olan İsmayılov Coşqun, Əzimov Əziz çıxışlarında Göyçay rayon gəncləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlarını bildiriblər.







Ağcabədi rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Ağcabədi rayonunun ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. Görüşü "Yeni Azərbaycan" təşviqat qrupunun Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov açaraq bildirib ki, gənclər ölkəmizin ictimai-siyasi həyatında həmişə önəmli rol oynayıblar
O bildirib ki, bütün siyasi kompaniyalarda olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək ümumxalq səsverməsində də gənclərimiz yüksək fəallıq nümayiş etdirirlər: "Bu günkü görüşə rayonun ilk dəfə səs verəcək gənclərinin bir qrupu dəvət edilib. Sizlər 18 yaşı tamam olduqdan sonra Müstəqil Azərbaycan Respublikasının vətəndaşı kimi seçkilərdə ilk dəfədir ki, iştirak edirsiniz. Məm bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edir, sizə şəxsi həyatınızda və ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram. Ulu Öndərimiz Heydər Əliyevin miras qoyduğu Müstəqil Azərbaycanın vətəndaşı kimi sizin üzərinizə böyük məsuliyyət düşür: Dünyada baş verən mürəkkəb iqtisadi-siyasi proseslər zəminində ölkənin gələcəkdə müstəqilliyini qorumaq, onu inkişaf etdirmək sizlərin üzərinə düşür. 26 sentyabr 2016-cı il tarixdə seçki məntəqələrinə gələrək Referendum layihəsinə səs verəcəyinizə əminəm".
Görüşdə Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək gəncləri salamlayaraq gənclərlə təmasda olmaqdan xoşbəxtlik hissi keçirdiyini bildirib: "Çünki mən əmək fəaliyyətimə Sovetlər dönəmində o vaxt komsomol adlanan gənclər təşkilatında başlamışam. Ona görə də gəncliyin tərəqqipərvər, yeniliyi müsbət qarşılayan, təşəbbüskar və cəsarətli, xalqını və vətəni sevən insanlar olduğunu yaxşı bilirəm. Mən də sizi ilk dəfə seçkilərdə iştirak etməyiniz münasibətilə ürəkdən təbrik edir, sizə ölkəmizin gələcək inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm"
Tahir Rzayev Konstitusiyaya əlavə və dəyişiklik barədə təqdim olunan layihə barədə geniş təhlil apararaq bu layihənin ölkənin gələcək inkişafına hesablandığını qeyd etdi və gəncləri referendumda nəzərdə tutulan dəyişikliklərə "HƏ" deməyə səsləyib.
Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov çıxış edərək ilk dəfə səs verəcək gəncləri səsvernə qaydası ilə tanış edib.
"Yeni Azərbaycan" təşviqat qrupunun üzvü, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Quliyev çıxış edərək, gənclərin ölkəmizdə və rayonumuzda bütün sahələrdə öndə gedən novator olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, Ağcabədi gəncləri referendumda fəal iştirak edərək, təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibətlərini sübut edəcəklər.
Görüşdə ilk dəfə səs verəcək gənclər adından Ağcabədi Pedaqoji Kollecin tələbəsi Giləxanım Heydərova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının təlkəbəsi Lamiyə Qarayeva çıxış edərək üzvü olduqları kollektivlərin bütün üzvləri 26 sentyabrda seçki məntəqələrinə gələrək referendum aktının layihəsini dəstəkləyəcəklərini bildirib, eyni zamanda gəncləri referendumda fəal olmağa səsləyiblər.
İsmayıllı rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupu İsmayıllı rayon şöbəsi gənclərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə "Yeni Azərbaycan" təşviqat qrupunun rayon şöbəsinin və YAP rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, 26 sentyabr tarixində ölkəmizdə baş tutacaq ümumxalq səsverməsi – referendum inkişafın ortaya çıxardığı reallıqlardan və zərurətdən qaynaqlanır: "Yəni Azərbaycan inkişaf etdikcə yeni reallıqlar və tələblər ortaya çıxır, bu zamana qədər həyata keçirilən islahatların müasir çağırışlara uyğun olaraq davam etdirilməsi zərurətə çevrilir. Sirr deyil ki, məqsədyönlü siyasi islahatlar nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir. Bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir. Həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. İqtisadiyyatda əldə olunan nailiyyətlər isə təbii olaraq əhalinin gəlirlərinin artması, sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Bu isə o deməkdir ki, Azərbaycan düzgün inkişaf istiqaməti seçib və bu yolda inamla irəliləyir. Sözsüz ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. çünki bazar iqtisadiyyatının, azad sahibkarlığın formalaşması üçün ilk növbədə, əlverişli siyasi şərait yaradılmalıdır. Ona görə də islahatlar kompleks xarakter daşımalıdır və biz bu gün məhz bunu müşahidə edirik. Konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr də məhz sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir.
Konstitusiyanın 23 maddəsinə dəyişikliklərin edilməsi, 6 maddənin əlavə olunması dövrün tələbidir. Dövlətimizin bu tələbləri zamanında yüksək səviyyədə həyata keçirməsinin nəticəsidir ki, yeni-yeni hədəflər gündəmə gətirilir və onlara nail olmaqla növbəti dövrün məqsədləri açıqlanır. Müqayisəli təhlil aparsaq, əgər müstəqilliyimizin əvvəllərində xalqımız yeni, müstəqil Azərbaycan arzusu, istəyi ilə yaşayırdısa, bu gün artıq inkişaf etmiş ölkələr sırasında addımlamaq əsas hədəfimizə çevrilib. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 13 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bugünkü reallıqlarını şərtləndirir. Cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında xüsusi rol oynayan qanunlarımız hər zaman təkmilləşir, yeniləşir, dövrün tələblərinə uyğunlaşdırılır. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi qarşıdakı hədəflərə daha yüksək səviyyədə çatmağa stimul verəcək".
Tədbirdə Millət Vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Novruzəli Aslanov, İrəli Gənclər İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək qeyd etdilər ki, dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq konstitusiya islahatları aparılır.Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya islahatlarının aparılmasını zəruri edir. Beynəlxalq hüququn subyekti olan Azərbaycan həm siyasi, iqtisadi, həm idman, mədəniyyət, həm də digər sektorlarda dünyada öz sözünü deyir. Bütün sahələr üzrə ölkədə inkişaf müşahidə olunmaqdadır. Dünyada və regionda baş verən proseslər Azərbaycanı konstitusiya islahatları aparmağa vadar edir. İnanırıq ki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaqdır.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Şəhla Qafarova, seçicilər Orxan Ağayev, Ayişə Yusifli, Sevinc Hüseynova, Anar Həsənov, ilk dəfə səs verənlər Namiq Vahabzadə, Nərgiz Məmmədova və başqaları çıxış edərək qeyd etdilər ki, bu günə qədər keçirilən bütün seçkilərin nəticələri də, vətəndaşların möhtərəm Prezidentimizə olan böyük sevgisi və rəğbəti də bizə onu deməyə imkan verir ki, xalqımız cənab Prezidentin irəli sürdüyü bütün təşəbbüslərin məhz insanlarımızın daha yaxşı yaşamasına, dövlətimizin daha güclü olmasına xidmət etdiyini dərk edirlər. Ona görə də, şübhə yoxdur ki, bu referendumda da biz bu dəstəyi növbəti dəfə görəcəyik.Təklif edilən dəyişikliklərlə yaş senzinin aradan qaldırılması gənclərin qarşısında yeni üfüqlar açır. Onlar dövlətimizin gənclərə göstərdiyi qayğıdan ruhlanaraq sentyabrın 26-da seçki məntəqələrinə gedərək Azərbaycanın işıqlı gələcəyinə, Referendum Aktına "HƏ" deyəcəklərini bildiriblər.
Sabirabad rayonu
Sabirabad rayonunda "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı həm daimi, həm də ilk dəfə səs verən seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev bildirib ki, bu dəyişiklik cəmiyyətdən gələn sosial sifarişdir. Ona görə də xalqımız bu dəyişikliklərə yekdillikə səs verəcək.
"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov görüşlərdə çıxış edərək bildirdi ki, Konstitusiyaya dəyişikliklər Azərbaycanda demokratik proseslərin daha da inkişafına kömək edəcəkdir: "Dəyişikliklər insan haqlarının qorunmasına, Azərbaycanda idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq. Dünyada və regionda gedən proseslər tələb edir ki, Konstitusiyada vacib olan dəyişikliklər edilsin. Yəni, təqdim olunan və 26 sentyabrda keçiriləcək Konstitusiya dəyişikliyi zərurətdən irəli gəlib. Bəzi şəxslərin opponent xarakterli fikirlərinin heç bir əsası yoxdur. Azərbaycanda keçiriləcək referendum nəticəsində müəyyən çağırışlara cavab tapılacaq. Dəyişikliklər yeni inkişaflara hüquqi əsaslar yaradacaq".
Səlahiyyətli nümayəndə onu da qeyd etdi ki, prezident seçilmək üçün yaş məhdudiyyətinin götürülməsi demokratik prinsiplərə söykənir: "18 yaşdan yuxarı özünü təsdiqləmiş şəxslər seçki prosesinə qatıla, etimad qazanaraq səs toplaya bilərlər. Prezidentin 7 illiyə seçilməsi də düzgün yanaşmadır. Bu o deməkdir ki, idarəetmə sistemi daha da təkmilləşəcəkdir"
Tədbirlərdə Milli Məclisin deputatı Elçin Quliyev çıxış edərək bildirdi ki, Konstitusiya dəyişiklikləri iqtisadi islahatların daha da genişlənməsinə, sahibkarların dövlət tərəfindən hərtərəfli müdafiəsinə geniş zəmin yaradacaqdır. Bu dəyişikliklərin hər biri mütərəqqi olduğu üçün xalqımızın yekdilliklə səs verəcəyinə əminəm. O cümlədən, sabirabadlıların da böyük əksəriyyəti dəyişikliklərə "HƏ" deyəcək.
Görüşlərdə çıxış edən Milli Məclisin deputatı Rüstəm Xəliov bildirdi ki, bazar iqtisadiyyatı şəraitində insan ləyaqətinin uca tutulması, ona hörmətin konstitusion norma kimi təsbit edilməsi, dövlətin bununla bağlı üzərinə öhdəliklər götürməsi, son dərəcə təqdirəlayiqdir. Bununla Azərbaycanda insan ləyaqəti Konstitusiya prinsipi halına gətirilir. Təklif olunan maddə ilə insan ləyaqətinin qorunması toxunulmaz fundamental hüquqların siyahısına daxil edilir.
Görüşdə çıxış edən İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin Müşahidə Şurasının sədri Nihad Allayarlı bildirdi ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi islahatların davamlılığını təmin etmək və bu sahədə qəbul olunmuş qərarların tam həcmdə icrasını həyata keçirmək üçün optimal idarəçilik mexanizmi kimi ayrı-ayrı ölkələrin təcrübəsində öz həyatiliyini təsdiq etmişdir. Bundan başqa, dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir. Tənzimləmənin konkret məqsədi aydınlaşır və həmin məqsədə xidmət etməyən bu və ya digər qaydalar lazımsız hesab edilir. Eyni zamanda, xüsusi mülkiyyətin sosial funksiyaları vurğulanır, onun cəmiyyətə ziyan vurmaq imkanları məhdudlaşdırılır. Təklif edilən dəyişikliklər vətəndaşların, o cümlədən sahibkarların dövlət məmurlarının özbaşınalıq, qanunazidd davranışlarından qorunmasına əlavə təminat yaradır. Dəyişikliklər qəbul edildikdə bu maddəyə əlavələr digər qanunlarda da inkişaf etdiriləcəkdir. Həmçinin bələdiyyələrin və onların vəzifəli şəxslərinin vətəndaşlar qarşısında məsuliyyəti artırılacaqdır.
Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini birmənalı şəkildə ifadə ediblər.



Binəqədi rayonu
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.
Görüşdə rayon təşkilatının fəal gənclərinin bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırladıqları videorolik nümayiş etdirilib.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon Təşkilatının və "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov 26 sentyabrda keçiriləcək referendumla bağlı gənclərə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq Konstitusiyaya əlavə dəyişikliklərin edilməsi və sərhədlərin dəyişdirilməsi məsələləri ümumxalq səsverməsinə çıxarılaraq xalqın səsverməsi ilə qəbul edilir: "Buddəfəki Konstitusiya islahatları da sosial sifariş olaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının və təhlükəsizliyinin daha təminatlı qorunması məqsədini daşıyır. Belə ki, Konstitusiya islahatlarının əhatə etdiyi 29 maddənin 15-i, yəni 60 faizi insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına və insanlara daha layiqli həyat səviyyəsinin yaradılmasına hesablanıb".
Ramiz Göyüşov, həmçinin ölkəmizdə və Binəqədi rayonunda həyata keçirilən uğurlu işlərdən danışaraq bütün gəncləri ümumxalq səsverməsinə getməyə və prezident cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən referendum aktı layihəsinə səs verməyə çağırıb.
Görüşdə geniş nitq söyləyən YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb.O, Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən və ölkəmizin iqtisadi inkişafına misilsiz töhfə verən iqtisadi layihələrdən bəhs edib. S. orucov gənclərə Azərbaycanın bütün dünyanın diqqət mərkəzində olduğunu və ən böyük layihələrin təşəbbüskarı, birbaşa iştirakçısı kimi çıxış etdiyini nəzərə çatdırıb.
Konstitusiya aktı layihəsində gənclərlə bağlı nəzərdə tutulan maddələr haqqında ətraflı məlumat verən YAP GB sədri yaş məhdudiyətinin aradan qaldırılmasının gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib. O, bütün gəncləri referendumda iştirak etməyə və səs verməyə çağırıb.
Görüşdə çıxış edən millət vəkili Kamaləddin Qafarov Konstitusiya islahatlarının demokratik dövlətlərə və cəmiyyətlərə xas olduğunu və xalqın istək, arzusundan yarandığını söyləyib: "Dünyada baş verən böyük xaoslar, müharibələr fonunda Azərbaycan dövlətinin inkişafının və xalqın həyat səviyyəsinin günbəgün yüksəlməsi bu referendumun keçirilməsini vacib edib. Referendum aktı layihəsində nəzərdə tutulan maddələr ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişlənməsinə şərait yaradacaq".
Görüşdə çıxış edən Binəqədi rayonu sakinləri, ilk dəfə səs verəcək gənclər – Mərziyə Bağırlı və Oqtay Hüseynzadə gənclərə üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə öz təşəkkürlərinin bildirərək bütün həmyaşıdlarını, ilk dəfə səs verəcək gəncləri 26 sentyabrda seçki məntəqələrinə gedərək, referenduma səs verməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB