Hacıqabulda qarabağ veteranları referenduma "HƏ" dedilər FOTOLAR
Bu gün Hacıqbul rayonunda ATXM-in, Qarabağ Müharibəsi Əlliləri, Veteranları və Şəhid Ailələrinin İctimai Birliyinin təmsilçiləri ilə bu qəbildən olan insanlarln görüşü keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşü dövlət idarələri ictimai xidmət sahələri həmkarlar təşkilatının Hacıqabul komitəsinin sədri Gültəkin Əzizova açıb.
Sonra Qarabağ müharibəsi əllilərinin, vetyeranların və şəhid ailələrinin ictimai birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək referenduma çıxarılan qanunlarımıza əlavə və dəyişikliklərin əhəmiyyətindən söz açıb.
Sonra ATXM-nin sədri İlham İsmayılov çıxış edərək bildirib ki, bütün dövlətlər inkişaf mərhələsində olarkən ölkə qanunlarını təkmilləşdirməyi vacib sayırlar: "Ona görədə davamlı inkişaf edən ölkəmizin qanunlarının mütərəqqi olmasına zəmin yaranıb. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə referenduma çıxarılan qanunlarımıza ediləcək əlavə və dəyişikliklər insanlarımızın rifah halının yüksəlməsinə, iqtisadiyyatımızın neftdən aslılığını aradan götürməsinə, aqrar sektorun, kənd təsərrüfatının inkişafına yeni stimul verəcək. Kəndlilər daha geniş fəaliyyət göstərmələri üçün şərait yaradılacaq. Ona görə sizləri 26 sentyabrda hamılıqla seçki məntəqələrinə gəlib kanistitusiyamızın maddələrinə ediləcək əlavə və dəyişikliklərə "HƏ" deməyə dəvət edirəm".
Qarabağ müharibəsi əllilərinin, veteranların və şəhid ailələrinin ictimai birliyinin Hacıqabul rayon şöbəsinin sədri Nəcəf Murtuzov, müharibə, əmək, silahlı qüvvələr veteranları təşkilatının Hacıqabul rayon şöbəsinin sədri Əlibaba Rəsulaov çıxış edərək 26 sentyabrda seçki məntəqələrinə gələrək aktiv iştirak edəcəklərini və ediləcək əlavə və dəyişikliyə səs verəcəklərini bildiriblər.
İqbal Mikayılov






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB