Mitinqə gələnlərin azlığı Arif Hacılı çaş-baş saldı

Başqan: “Sol tərəfə yğışsınlar ki, çox görünək”
Mitinqə gələnlərin azlığı Arif Hacılı çaş-baş saldı

Bu dəqiqələrdə Müsavat Partiyasının "Məsul" stadionunda keçirilən mitinqi sönük şəkildə davam etməkdədir. SİA xəbər verir ki, mitinq başlamazdan az öncə, Müsavat başqanı Arif Hacılı mitinqin keçirildiyi stadiona nə qədər insanın toplaşdığını təşkilatçılardan soruşub. Aksiya təşkilatçıları gözlədiklərindən az adamın olduğunu bildiriblər.

Mitinq başladıqdan sonra adam sayının az olması Arif Hacılının aksiya təşkilatçılarına ilginc tapşırıq verməyə məcbur edib. SİA-nın mitinqi müşahidə edən əməkdaşı məlumat verir ki, Müsavat başqanı adamları bir yerə - tribunanın sol küncünə toplaşmalarını tələb edib. O, bununla vəziyyətdən çıxış yolu kimi "kütlə" görüntüsü yaratmağa cəhd edib. Lakin bu vasitə də mitinqin çoxsaylı görünməsinə imkan verməyib.

Qeyd edək ki, Müsavat partiyasının mitinqini çox sayda jurnalist müşahidə edir. Aksiyanın təhlükəsizliyini isə polis gücləri təmin etməkdədir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə